Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün püşkatma mərasimi başa çatıb və Azərbaycan millisinin ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turunun mərhələsi sayılan yarışda ölkəmiz 12 çəki dərəcəsində 18 idmançı ilə (12 kişi, 6 qadın) təmsil olunacaq. Turnirdə ümumilikdə 39 ölkədən 370 cüdoçu mübarizə aparacaq.
Kişilər:
60 kq (1/16 final)
• Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
• Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
66 kq
• Nizami İmranov – Minhao Canq (Çin)
• Turan Bayramov – Matan Kokolayev (İsrail)
73 kq
• 1/32 final: Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
• 1/16 final: Hidayət Heydərov – Arun Kumar (Hindistan)
81 kq (1/16 final)
• Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
90 kq (1/16 final)
• Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
100 kq
• 1/16 final: Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
• 1/8 final: Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi
+100 kq
• 1/8 final: Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
• 1/8 final: Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi
Qadınlar:
48 kq (1/16 final)
• Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
• Şəfəq Həmidova – Venna Cuanq (Çin)
52 kq (1/16 final)
• Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
63 kq (1/16 final)
• Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
70 kq (1/16 final)
• Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kq (1/16 final)
• Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)



