DÇ-2026: 48 komandanın tam siyahısı açıqlanıb

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları artıq müəyyənləşib. Son vəsiqələr uğrunda keçirilən pley-off oyunlarından sonra turnirdə çıxış edəcək 48 komandanın siyahısı tam formalaşıb.

Həlledici mərhələdə Konqo Demokratik Respublikası və İraq milliləri uğurlu çıxış edərək mundiala qatılmaq hüququ qazanıblar. Onlar final görüşlərində müvafiq olaraq Yamayka və Boliviya yığmalarını məğlub edərək son iki vəsiqəni təmin ediblər.

Artıq turnirin qrup mərhələsinin tərkibi də bəllidir. Komandalar 12 qrupa bölünüb və hər qrupda 4 yığma mübarizə aparacaq. Ən diqqətçəkən məqam isə bir neçə “ölüm qrupu”nun formalaşmasıdır.

Qrupların tərkibi belədir:

  • A qrupu: Meksika, Cənubi Koreya, CAR, Çexiya
  • B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
  • C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
  • D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
  • E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao
  • F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
  • G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
  • H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
  • I qrupu: Fransa, Seneqal, Norveç, İraq
  • J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
  • K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR
  • L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Yarış iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Üç ölkənin birgə ev sahibliyi edəcəyi mundialın həm tamaşaçı sayı, həm də maraq baxımından rekordlar qıracağı gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni