Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsi bu gün başa çatır. Son oyun günündə qitənin müxtəlif qruplarında 10 qarşılaşma təşkil olunacaq.
E qrupunda Türkiyə millisi İspaniya ilə səfər oyunu keçirəcək. “Ay-ulduzlular” pley-offa vəsiqəni təmin edib, lakin qrup liderliyini rəsmiləşdirmək üçün İspaniyaya azı 7 top fərqi ilə qalib gəlməlidir.
B, C və H qruplarında isə lider komanda üzvləri qarşı-qarşıya gələcək. Aşağıda turnir cədvəlindəki qrup balansı və oyunların vaxtı verilib:
- B qrupu
Oyunlar: 23:45 İsveç – Sloveniya, 23:45 Kosovo – İsveçrə
Xallar: İsveçrə – 13, Kosovo – 10, Sloveniya – 3, İsveç – 1 - C qrupu
Oyunlar: 23:45 Şotlandiya – Danimarka, 23:45 Belarus – Yunanıstan
Xallar: Danimarka – 11, Şotlandiya – 10, Yunanıstan – 6, Belarus – 1 - E qrupu
Oyunlar: 23:45 İspaniya – Türkiyə, 23:45 Bolqarıstan – Gürcüstan
Xallar: İspaniya – 15, Türkiyə – 12, Gürcüstan – 3, Bolqarıstan – 0 - H qrupu
Oyunlar: 23:45 Avstriya – Bosniya və Herseqovina, 23:45 Rumıniya – San Marino
Xallar: Avstriya – 18, Bosniya və Herseqovina – 16, Rumıniya – 10, Kipr – 8, San Marino – 0 - J qrupu
Oyunlar: 23:45 Uels – Şimali Makedoniya, 23:45 Belçika – Lixtenşteyn
Xallar: Belçika – 15, Şimali Makedoniya – 13, Uels – 13, Qazaxıstan – 8, Lixtenşteyn – 0
Bu oyunlar qrup liderlərinin müəyyənləşməsində və pley-off mərhələsinə yüksələcək komandaların seçilməsində həlledici rol oynayacaq.



