DÇ-2026 seçmə mərhələsi: Azərbaycan millisi öz meydanında İslandiyaya uduzub

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin V turu çərçivəsində Azərbaycan milli komandası Bakıda İslandiya ilə qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən matçın yekunu 2:0 hesablı qonaqların xeyrinə olub. Oyun monteneqrolu FIFA referisi Nikola Dabanoviç tərəfindən idarə olunub.

Qollar matçın birinci hissəsində vurulub. Azərbaycan yığmasının qapısından ilk qolu 20-ci dəqiqədə Albert Qyudmyundsson keçirib, 39-cu dəqiqədə isə Sverrir İnqason hesabı ikiqat artırıb. İkinci hissədə hesab dəyişməz qalıb.

Azərbaycan millisi 5 oyundan sonra D qrupunda 1 xal toplayaraq sonuncu yerdədir. Qrup lideri Fransa 10 xal, İslandiya və Ukrayna isə 7 xal toplayıb. Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək.

Azərbaycan millisinin heyətində aşağıdakı futbolçular meydana çıxıblar:

  • Aydın Bayramov
  • Elvin Bədəlov
  • Bəhlul Mustafazadə
  • Anton Krivotsyuk
  • Abbas Hüseynov
  • Emin Mahmudov
  • Abdulah Xaybulayev
  • Rüfət Abbasov
  • Toral Bayramov
  • Xəyal Əliyev
  • Nəriman Axundzadə

Baş məşqçi: Ayxan Abbasov

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni