Fransa millisinin baş məşqçisi Didye Deşam, Kilian Mbappe ilə bağlı zorlamada ittiham iddialarına münasibət bildirib.
Sport-az.com xəbər verir ki, “L`Equipe” nəşrinə danışan Deşam bu məsələ barədə dəqiq məlumatı olmadığını vurğulayıb:
“Hazırda hər tərəfdə xəbərlər yayılır. Bunların fakt olub-olmadığını bilmirəm. Bu, olduqca neqativ bir durumdur. Bilmirəm, çünki gerçək vəziyyətdən xəbərim yoxdur. İnsan bilmədiyi bir şey haqqında danışmaq istəyərkən bir addım geri atmalıdır. Ancaq bəzi şeyləri yoxlamaq o qədər də çətin deyil. Mən də bir addım geri çəkilirəm, lakin bu, milli komanda üçün çox pis xəbərdir.”
Qeyd edək ki, Mbappe və onun ətrafı bu ittihamların əsassız olduğunu bildirib. Mbappe özü isə bu iddiaların PSJ tərəfindən ortaya atıldığını iddia edib.