İnter Mayami özünün hücumçusu və kapitanı Lionel Messinin zədəsi ilə bağlı açıqlama yayıb. Açıqlama Floridada yerləşən komandanın rəsmi saytında dərc edilib.
Mənbə məlumatına görə, 38 yaşlı argentinalı əzələ zədəsi alıb və bu səbəbdən komandasına müəyyən müddət kömək edə bilməyəcək.
“Bu gün İnter Mayami komandası kapitanı Leo Messinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat yayıb. Messi, dünənki Liqalar Kubokunda Necaxa ilə oyunda yaşadığı əzələ narahatlıqlarını qiymətləndirmək üçün tibbi müayinədən keçib. Nəticələr sağ ayağının əzələsində kiçik zədə olduğunu təsdiqləyib. Oyuna qayıdış qərarı müalicəyə və klinik irəliləyişə bağlı olacaq”, – deyə klubun açıqlamasında bildirilir.
Lionel Messi, Necaxa-ya qarşı Liqa Kubokunun ikinci turunda (3:2) zədələndi. 2022-ci ilin dünya çempionu meydanda yalnız 11 dəqiqə qaldı və zədə aldığı üçün oyunu tərk etmək məcburiyyətində qaldı.



