“Mançester Yunayted” və Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan peşəkar tennisdə çıxış edəcək.
“Sport-az.com”nun verdiyi məlumata görə, 45 yaşlı veteran futbolçu noyabr ayında keçiriləcək “Uruguay Open” turnirində iştirak edəcək. Forlan yarışda Federiko Koria ilə birlikdə mübarizə aparacaq.
Xatırladaq ki, Dieqo Forlan futbolçu karyerası ərzində “Mançester Yunayted”, “İnter” və “Atletiko Madrid” kimi məşhur klublarda forma geyinib.



