More

    Dopinq qalmaqalı: Marafon üzrə dünya rekorda sahib atlet müvəqqəti yarışlardan kənarlaşdırıldı

    Marafon üzrə dünya rekordu sahibi Ruth Çepngetiç dopinqə görə müvəqqəti yarışlardan uzaqlaşdırılıb.

    Bu barədə məlumatı Atletikada Dürüstlük üzrə Müstəqil Orqan — Athletics Integrity Unit (AIU) yayıb.

    Verilən məlumata görə, 2025-ci ilin 14 martında götürülən analiz nümunəsində qadağan olunmuş maddə — diuretik hidroxlorotiazid aşkarlanıb. Bu maddə Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısına daxildir.

    AIU rəhbəri Brett Klotiye bildirib ki, Çepngetiç 19 aprel tarixində könüllü şəkildə müvəqqəti yarışlardan kənarlaşdırılma ilə razılaşıb və hazırda istintaq prosesi davam edir.

    Xatırladaq ki, 30 yaşlı idmançı 2023-cü ilin oktyabrında keçirilən Çikaqo marafonunda 2 saat 9 dəqiqə 57 saniyə nəticə ilə dünya rekordu müəyyən etmişdi. O, 2019-cu ildə marafon üzrə dünya çempionu, 2018-ci ildə isə yarımarafon üzrə dünya ikincisi olmuşdu.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni