Belçikalı ulduz futbolçu Dris Mertens mövsümün sonunda karyerasını başa vurmaq niyyətindədir. Sport-Az-ın SporX-ə istinadən verdiyi xəbərə görə, “Qalatasaray”ın rəhbərliyinə qərarını çatdıran təcrübəli futbolçu müqaviləsini uzatmayacaq və peşəkar futbolla vidalaşacaq.
“Sarı-qırmızılılar” isə Mertensin klub rəhbərliyində yer almasını istəyir.
Mertensin Karyerası
Dris Mertens peşəkar futbolçu kimi “Anderlext” akademiyasında yetişib. Daha sonra “Gent”, PSV və “Napoli” kimi klublarda çıxış edib.