Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı davam edir.
Sport-az.com-in məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan millisindən iki idmançı mübarizəyə qoşulub.
Qadın güləşi, 57 kq
Dünya çempionu Jalə Əliyeva yarışa birbaşa ilk mərhələdən qatılıb. O, 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edərək növbəti mərhələdə Türkiyədən Sevim Akbaş ilə qarşılaşıb və 10:0 hesablı qələbə qazanıb. Jalə yarımfinalda ABŞ-lı Sofia Makaluso ilə mübarizə aparacaq.
Qadın güləşi, 62 kq
Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Lakin o, ikinci görüşündə estoniyalı Viktoriya Vessoya 1:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) və Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Gülər Həbibova (59 kq) isə təsəlliverici görüşdə çinli Honq Lianqla qarşılaşacaq.



