Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
Sport-az.com-in məlumatına görə, yarışın üçüncü günündə Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub və iki idmançımız 1/4 finala vəsiqə qazanıb.
81 kq çəki dərəcəsində çıxış edən Süleyman Şükürov ikinci mərhələdən yarışa qatılıb. İlk qarşılaşmasında Serbiyalı Mixaylo Simini məğlub edən Şükürov, ardınca Koreyalı Senq-Min Kimə qalib gələrək 1/4 finala yüksəlib. Növbəti mərhələdə onun rəqibi Niderland təmsilçisi Coşua Delanq olacaq.
90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev isə İranlı Amir Çopanı məğlub edərək yarışa başlayıb. Daha sonra Özbəkistanlı Şahzod Şaripov və İspaniyalı Markos Martinez Koini üzərində qələbə qazanan Kotsoyev də 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi Yaponiya təmsilçisi Komei Kivabata olacaq.
Digər idmançımız Tuncay Şamil ikinci mərhələdən mübarizəyə başlayıb, lakin Yeqor Malkinə (IJF) məğlub olub və yarışdan kənar qalıb.
Qeyd edək ki, yarışın iki günündən sonra Azərbaycan yığmasının hesabında medal yoxdur. 60 kq çəkidə çıxış edən Nizami İmranov və 52 kq çəkidə Aydan Vəliyeva bürünc medal uğrunda görüşlərdə məğlub olublar.