More

    Dünya çempionatına yollanacaq heyət məlum olub

    Oktyabrın 28-31-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək güləş üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşib.

    Sport-az.com-in məlumatına görə, qeyri-olimpiya çəkiləri üzrə keçiriləcək bu mundialda Azərbaycanı 10 güləşçi təmsil edəcək.

    Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) mübarizə aparacaq.

    Daha sonra estafeti qadın güləşçilər götürəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) xalçaya çıxacaq.

    Yarışı sərbəst güləşçilər yekunlaşdıracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) medallar uğrunda mübarizə aparacaqlar.

    Qeyd edək ki, çempionatda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni