More

    Dünya futbolunun inqilabçı oyunçuları açıqlandı – Bosman ilk üçlükdə

    Britaniyanın nüfuzlu “Give Me Sport” portalı dünya futbolunun inkişafına və dəyişməsinə ən böyük təsir göstərmiş futbolçuların siyahısını açıqlayıb.

    Sport-Az xəbər verir ki, siyahının zirvəsində “Barselona” və “Ayaks”ın əfsanəvi futbolçusu Yohan Kroyf yer alıb. O, total futbol anlayışının banilərindən biri olmaqla futbol tarixində dərin iz qoyub və “Qızıl top” mükafatını üç dəfə qazanıb.

    İkinci yerdə argentinalı futbol əfsanəsi Dieqo Maradona qərarlaşıb. Futbol dünyasında unudulmaz performansları ilə tarixə düşən Maradona milyonlarla azarkeşin yaddaşında xüsusi iz buraxıb.

    Üçüncü pillədə isə futbol tarixində transfer sisteminin dəyişməsinə səbəb olan Jan-Mark Bosman yer alıb. Onun məhkəmə çəkişmələri nəticəsində Bosman qaydası tətbiq edilib və futbolçuların müqavilə müddəti bitdikdən sonra azad şəkildə klub dəyişmələrinə yol açılıb.

    Dünya futbol tarixinin 10 inqilabçı oyunçusu:

    1. Yohan Kroyf
    2. Dieqo Maradona
    3. Jan-Mark Bosman
    4. Castin Faşanu
    5. Vel Anderson
    6. Stenli Metyuz
    7. Antoni Barışnya
    8. Klod Makalele
    9. Manuel Noyer
    10. Trevor Frensis

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni