More

    Dünya klublar reytinqi: “Qarabağ” geriləyib, “Sabah” sürətlə irəliləyib

    Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) iyun ayı üçün dünya klublarının reytinq cədvəlini təqdim edib. Siyahıda dünyanın 505 ən yaxşı komandası yer alıb. Sport-az.com xəbər verir ki, bu siyahıda Azərbaycanın dörd klubu da yer alır.

    Geriləyənlər:

    • “Qarabağ” FK 144,75 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ayla müqayisədə 5 pillə geriləyən komanda, buna baxmayaraq, Azərbaycan təmsilçiləri arasında ən yüksək mövqedə qalmağı bacarıb.
    • “Zirə” 95,75 xalla 232-ci yerə yüksəlib. Klub əvvəlki sıralama ilə müqayisədə 1 pillə irəliləyib.

    İrəliləyənlər:

    • “Sabah” FK ayın ən böyük sıçrayışını edən Azərbaycan komandası olub. 76 xalla 317-ci yerə yüksələn klub 50 pillə irəliləyib.
    • “Araz-Naxçıvan” 61,25 xalla 446-cı pillədə yer alıb və əvvəlki reytinqə nisbətən 8 pillə irəliləyib.

    Ümumi mənzərə:

    Cədvələ İspaniyanın “Real Madrid” klubu başçılıq edir. Komanda 470 xalla dünya reytinqində birinci yerdə qərarlaşıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni