More

    Dünyada 12-ci – AZƏRBAYCAN

    Perunun paytaxtı Limada keçirilən atıcılıq üzrə gənclər arasında dünya çempionatı yekunlaşıb.

    Sport-az.com-in verdiyi məlumata görə, yarışda 38 dəst medal sahibini tapıb və 51 ölkədən 566 atıcı çempionatda iştirak edib. Azərbaycan da bu mundialda təmsil olunub və 22 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb.

    Azərbaycan çempionatı 3 medalla başa vurub. 50 metr məsafəyə atıcılıq yarışında oğlanlar arasında İmran Qarayev qızıl medal qazanaraq ölkəmizi şərəfləndirib. Qızların yarışında isə Sofiya Barxalova bürünc medala layiq görülüb. Həmçinin, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət komanda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada gümüş medal qazanıb.

    Azərbaycan millisi bu nəticələrlə çempionatın medal sıralamasında 12-ci yeri tutub. Ümumilikdə isə 15 ölkə qızıl medal əldə edib.

    Qeyd etmək lazımdır ki, Hindistan bu mundialın qalibi olub. Onlar 13 qızıl, 3 gümüş və 8 bürünc medal qazanaraq medal sıralamasında birinci yeri tutublar.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni