Dünyanın ən yaşlı futbolçusu olaraq tanınan İngiltərəli sabiq müdafiəçi Qrem Beyli 104 yaşında dünyasını dəyişib.
Sport-Az xəbər verir ki, Beyli uzun illər ərzində İngiltərənin tanınmış futbol klublarında oynayıb. Karyerasına 1937-ci ildə, cəmi 17 yaşında “Haddersfild” klubunda başlayıb. O, buradakı çıxışları ilə diqqət çəkib və 1948-ci ildə “Şeffild Yunayted”ə transfer olunub. Təcrübəli müdafiəçi 1950-ci ildə aktiv futbol karyerasını başa vurub.
Qrem Beyli futbol tarixində təkcə uzun ömürlü olması ilə deyil, həm də peşəkar karyerası ərzində göstərdiyi performansla yadda qalıb.