Səudiyyə Ərəbistanının Pro-Liqasının 17-ci turunda “Əl-Nəsr” klubu “Əl-Fateh” ilə qarşılaşıb.
Sport-Az xəbər verir ki, oyun Ər-Riyadda yerləşən “Əl-Avval Park” stadionunda baş tutub və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
41-ci dəqiqədə “Əl-Fateh”in yarımmüdafiəçisi Marvan Sadane avtoqolla hesabı açıb. 57-ci dəqiqədə “Əl-Nəsr”in müdafiəçisi Məhəmməd Simakan fərqi artırıb.
72-ci dəqiqədə qonaq komandanın hücumçusu Murad Batna hesab arasındakı fərqi azaldıb. Lakin 87-ci dəqiqədə Kriştiano Ronaldo növbəti dəfə adını tabloya yazdıraraq oyunun yekun hesabını müəyyən edib və karyerasında 920-ci qolunu vurub.
Bu qələbə ilə “Əl-Nəsr” turnir cədvəlində 35 xalla üçüncü pillədə qərarlaşıb. “Əl-Fateh” isə 9 xalla 18-ci, sonuncu yerdədir. Hazırda liqaya 43 xalla “Əl-Hilal” liderlik edir.



