Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) görüşünü azərbaycanlı hakim Əliyar Ağayev idarə edəcək.
Sport-az.com-un məlumatına görə, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq qarşılaşmada Ağayevə kömək edəcək:
- Zeynal Zeynalov
- Akif Əmirəli
- Dördüncü hakim isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, bu oyun 37 yaşlı Əliyar Ağayevin Çempionlar Liqasındakı beşinci matçı olacaq. Maraqlı məqam ondan ibarətdir ki, onun Avropanın ən nüfuzlu klub turnirində idarə etdiyi ilk oyun da “Kopenhagen”in qarşılaşması olub.



