More

    Elnur Məmmədli AFFA ilə yollarını ayırdı – Yeni rəhbər təyin olundu

    Tanınmış idman teleşərhçisi Elnur Məmmədli, AFFA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən ayrılıb. Müqavilə müddətinin başa çatmasından sonra onunla əməkdaşlıq yenilənməyib.

    sport-az.com-ın məlumatına görə, bu gündən etibarən həmin vəzifəni jurnalist Murad Axundov icra edəcək.

    Elnur Məmmədli: “Bu, inam və risk dövrü idi…”
    Elnur Məmmədli AFFA-dan ayrıldığını şəxsi “Facebook” hesabında təsdiqləyib və fəaliyyəti ilə bağlı təəssüratlarını paylaşıb:

    “Düz iki il əvvəl, bu gün – AFFA-nın qarışıq dövründə Mətbuat Xidmətinin rəhbəri olmağa razılıq verərkən, hansı riskə getdiyimi yaxşı bilirdim. Lakin düşünürdüm ki, addım-addım AFFA ilə mətbuat arasında o qədər də yaxşı olmayan münasibətləri yoluna qoymaq olar.

    Bir tərəfdən də anlayırdım ki, bunun üçün reputasiyamdan, nüfuzumdan xərcləməli olacağam. Ancaq həmin dövrdə hər şeyin dəyişəcəyinə, yaxşı olacağına bir inam var idi…

    Əgər az da olsa, AFFA ilə mətbuat arasında münasibətlərin yaxşılaşmasında bir payım oldusa, türklər demişkən – nə mutlu mənə. Bütün həmkarlarıma təşəkkür etmək istəyirəm… Əsas odur ki, bundan sonra da bir-birimizin üzünə dik baxa biləcəyik. Həyat davam edir. Şübhəsiz ki, hər şey daha yaxşı olacaq. Yenidən görüşəcəyik”.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni