Elvin Məmmədov: “Bu gün üçün 1 xal bizi sevindirir”

“Səbail”in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”la keçirdikləri və 1:1 hesabı ilə nəticələnən oyundan sonra mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Sport-az.com xəbər verir ki, Məmmədov bunları bildirib:

“Yaxşı oyun oldu. Dörd gün ərzində komandaya dəstək verməyə çalışdıq. Nə qədər uğurlu olub-olmaması isə sonrakı işlərdir. Bu gün üçün 1 xal bizi sevindirir. Rəhbərliyə təşəkkür edirəm.”

O, həmçinin komandanın bəzi çatışmazlıqları barədə danışıb və fiziki hazırlığın önəmini vurğulayıb:

“Çox nüanslar var, birinci problem fiziki hazırlıqdır. Əgər bunu inkişaf etdirə bilsək, daha yaxşı mövqelərə gələ bilərik.”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni