Emin Mahmudov, 6 il ərzində qürurla daşıdığı “Neftçi”nin kapitanlıq sarğısı ilə vidalaşdığını açıqlayıb. Yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Sport-az.com xəbər verir ki, Mahmudov “Neftçi”nin kapitanı olmaqdan qürur duyduğunu vurğulayaraq, komandasına hər zaman dəstək olmağa çalışdığını bildirib: “Bu müddətdə həm çətin, həm də sevincli anlar oldu. Oyunumda eniş-yoxuşlar yaşadım, amma həmişə komandama kömək etmək üçün əlimdən gələni etdim.”
Mahmudov, azarkeşlərə də təşəkkür etməyi unutmayıb: “Sizdən hər zaman dəstək gördüm və buna görə hər birinizə minnətdaram.”
Xatırladaq ki, “Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun qərarı ilə komandanın yeni kapitanı Ramil Şeydayev, vtse-kapitanları isə Yuri Matias və Robert Bauer təyin edilib.