More

    Ən çox gəlir gətirən futbol klubları: formanı kim daha baha satır?

    Marca nəşrinin apardığı araşdırmaya əsasən, formadakı reklam və sponsorlardan əldə olunan gəlir baxımından Avropanın ən çox qazanan futbol klublarının reytinqi açıqlanıb. Hesablama zamanı texniki sponsorlar, əsas (baş) sponsorlar (köynəyin önündəki loqotip) və qol reklamları üzrə əldə olunan illik məbləğlər nəzərə alınıb.

    Ən çox gəlir – “Real Madrid”də

    Madrid “Real”ı formadan sponsor gəlirləri üzrə liderlik edir. Klub mövsüm ərzində bu sahədən təxminən 260 milyon avro gəlir əldə edir.

    • Adidas texniki sponsor olaraq 120 milyon avro ödəyir;
    • Əlavə olaraq, baş sponsor və qol reklamlardan 70+70 milyon avro gəlir gəlir.

    İlk üçlükdə Premyer Liqa klubları

    İkinci yerdə “Mançester Siti” qərarlaşıb — 210.5 milyon avro gəlir. Onu “Mançester Yunayted” izləyir — 200 milyon avro.

    Aşağıdakı klublar da ilk 10-luqda yer alıb və formadan əldə edilən sponsorluq gəlirləri milyonlarla avro ilə ölçülür:

    • “Barselona”
    • PSJ (burada qeyd edək ki, klubun baş sponsorlarından biri 1xBet-dir)
    • “Arsenal”
    • “Bavariya”
    • “Liverpul”
    • “Borussiya Dortmund”

    Bu klublar həm texniki tərəfdaşlıqlar, həm də formadakı loqotiplər vasitəsilə böyük maliyyə qazancı əldə edirlər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni