More

    Erling Haaland yayda “Mançester Siti”ni tərk edə bilər – PSG və “Bavariya” hücumçunun izindədir

    Norveçli hücumçu Erlinq Haaland “Mançester Siti”dən ayrılmaq barədə düşünür. Bu barədə məlumat yayan El Nacional nəşrinin iddiasına görə, 24 yaşlı futbolçu klubun son zamanlardakı nəticələrindən məyusdur və mövsümün sonunda komandadan ayrılmaq ehtimalı yüksəlib.

    Haalandın 2034-cü ilə qədər müqaviləsi olsa da, əgər o, ayrılmaq qərarı versə, klubun onu saxlamağı asan olmayacaq. Norveçli forvardın ətrafındakı vəziyyəti yaxından izləyən klublar arasında “Paris Sen-Jermen” və Almaniyanın nəhəngi “Bavariya” da var.

    Haaland 2022-ci ildə Dortmund “Borussiya”sından “Mançester Siti”yə transfer olunmuşdu və qısa müddət ərzində komandanın əsas qol ümidinə çevrilmişdi. Keçən mövsüm Premyer Liqada bombardir olan hücumçu bir çox rekordları qırmışdı. Lakin bu mövsüm “Siti”nin nəticələri qeyri-sabitdir və bu, oyunçunun gələcək planlarına təsir edə bilər. Əgər yayda transfer baş tutarsa, bu, 2025-ci ilin ən çox müzakirə edilən keçidlərindən biri olacaq.

    Xatırladaq ki, Holland bir müddət əvvəl matçda zədə alıbhazırda sağalır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni