Norveçli ulduz hücumçu Erling Holand gələn yay “Mançester Siti”dən ayrılmaq ehtimalı ilə gündəmdədir.
Sport-Az-ın İspaniya mediasına istinadən verdiyi xəbərə görə, “Real Madrid” hücumçuya ciddi maraq göstərir. Klub prezidenti Florentino Peres Holandı transfer etməyə hazırdır, lakin bu keçid yalnız Vinisiyus Junior komandadan ayrılacağı təqdirdə baş tuta bilər. “Real” braziliyalı futbolçunu ən azı 250 milyon avroya satmağı planlaşdırır ki, bu da Holandın transferinə imkan yarada bilər.
Erling Holandın mövsüm statistikası
Norveçli forvard bu mövsüm 35 oyuna çıxaraq 27 qol vurub və 3 asist edib. Transfermarkt portalı hazırda onun bazar dəyərini 200 milyon avro olaraq qiymətləndirir.



