Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov istefaya göndərildi

Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov vəzifəsindən istefaya göndərilib.

Sport-az.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Futbol Federasiyası öz sosial şəbəkə hesablarında yayıb. Bildirilib ki, ukraynalı mütəxəssis vəzifəsindən qovulub.

Bu qərar, Ermənistan millisinin ötən gün UEFA Millətlər Liqasının 4-cü turunda evdə Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlubiyyətindən sonra gəlib. Hazırda Ermənistan millisi C liqasının 4-cü qrupunda 4 xalla 2-ci yerdədir.

Qeyd edək ki, Aleksandr Petrakov ötən ilin yanvar ayından bu vəzifəni icra edirdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni