Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Sport-az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. Tədbirdə Santuşla yanaşı, milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığma komandanın direktoru İlqar Qurbanov da iştirak edəcəklər.