“Mercedes”in 2026 mövsümü üçün hazırladığı inqilabi güc agregatları texniki qaydalar haqqında mübahisələrlə gündəmləşib.
Yeni mühərrik çempion “McLaren” də daxil olmaqla 4 komandanı təsirləndirə bilər. İtaliyanın “Corriere dello Sport” qəzetinə görə, “Mercedes” mühəndisləri sıxılma nisbətinin 18:1-dən 16:1-ə endirilməsi qaydasını aşmaq üçün işləmə temperaturundan istifadə edərək komponentlərin istilik genişlənməsindən yararlanır.
Mühərrik mübahisəsinin texniki əsasları
FIA-nın soyuq sınaqlarında mühərrik standartlara uyğun çıxsa da, real yarış şəraitində temperatur təsiri ilə 18:1 nisbətinə qayıdır. Narazı istehsalçılar – “Ferrari”, “Honda” və “Audi” – təcili iclas təşkil edib, C1.5 maddəsinə istinadən “yarış zamanı tam uyğunluq” tələb edirlər.
FIA dilemmada: sistemi qadağan edib “Mercedes” və potensial “Red Bull Powertrains”i mühərriksiz qoymaq, ya da icazə verib məhkəmə proseslərinə yol açmaq. Kompromis variantı olaraq 2026-da istifadəyə icazə vermək, lakin 2027-yə qədər standartlara uyğunlaşdırma zəmanəti tələb etmək nəzərdən keçirilir.
2026 qaydaları Audi-nin girişi üçün hazırlanmışdı, lakin mübahisə mövsümün ilk yarışında Avstraliyada etirazlara səbəb ola bilər. Müəlliflər isə homoloqasiya edilmiş mühərriklərin dəyişdirilməsinin performans itkisindən qorxur.



