Bu gün Azərbaycanın kişilərdən ibarət basketbol komandaları FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.
İlk qrupda mübarizə aparan “Neftçi” Estoniya təmsilçisi “Kalev”lə səfərdə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da Tallində yerləşən “Kalev İdman Arenası”nda start götürəcək.
Digər oyunda isə “Abşeron Lions” Polşanın “Trefl” komandası ilə Sopot şəhərindəki “Sentennial Sport Hall”da üz-üzə gələcək. Bu qarşılaşma saat 22:15-də başlayacaq.
Qrupdakı cari vəziyyətə görə, “Trefl” komandası 7 xalla liderliyini qoruyur. “Neftçi” də 7 xalla ikinci yerdə qərarlaşıb. “Abşeron Lions” və “Kalev” isə hərəyə 5 xalla üçüncü və dördüncü pillələrdə mübarizə aparır.



