More

    FIBA Azərbaycan millisinin şanslarını dəyərləndirdi: Komanda növbəti mərhələyə çıxa bilər

    Basketbol üzrə 2027-ci il Dünya Çempionatının seçmə mərhələsində A qrupunun son iki turu öncəsi FIBA komandaların növbəti mərhələyə keçmək ehtimallarını qiymətləndirib. Sport-az.com-un məlumatına görə, Azərbaycan millisinin qrup qalibi olmaq şansı olmasa da, ən yaxşı ikinci yer tutan komanda kimi növbəti mərhələyə yüksəlmək imkanları hələ də qalır.

    FIBA-nın açıqlamasında bildirilir ki, Kosovo da mübarizədə qalır və hər şey son turda həll ediləcək. Həlledici görüşlərdən biri İrlandiya millisi ilə Bakıda baş tutacaq, burada ikinci yer uğrunda mübarizənin taleyi müəyyənləşə bilər. Kosovo isə öz meydanında Azərbaycan və İsveçrə yığmaları ilə qarşılaşacaq.

    FIBA-nın diqqət yetirdiyi oyunçular

    Beynəlxalq Basketbol Federasiyası hər komandadan ən diqqətçəkən oyunçuları qeyd edib:

    • Səlim Fofana (İsveçrə)
    • Şon Flad (İrlandiya)
    • Şirzad Şirzadov (Azərbaycan)
    • Dardan Berişa (Kosovo)

    Bu basketbolçuların son iki turda öz komandaları üçün vacib rol oynayacağı bildirilir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni