Sabah basketbol komandası FIBA Çempionlar Liqasının B qrupunda sonuncu – 6-cı tur matçını Almaniyada keçirəcək. Rimas Kurtinaytisin rəhbərliyi altında olan heyət yerli Alba Berlin ilə Uber Arena stadionunda saat 23:00-da qarşılaşacaq. Qalibiyyət və Nimburkun uduzması Sabah-ı növbəti mərhələyə apara bilər.
Qrup cədvəli və Sabahın heyəti
| Komanda | Oynanmış | Qələbə | Məğlubiyyət | Fərq | Xal | |
|---|---|---|---|---|---|---|
| 1 | Alba Berlin | 5 | 4 | 1 | +42 | 9 |
| 2 | Elan Şalon | 5 | 4 | 1 | +13 | 9 |
| 3 | Nimburk | 5 | 1 | 4 | -21 | 6 |
| 4 | Sabah | 5 | 1 | 4 | -34 | 6 |
Sabahın heyəti: Keyt Cordan, Hassani Qravett, Castin Tillman, Cerri Bleyks, Klavs Kavars, Ceyms İds, Jan-Mark Pansa, Şirzad Şirzadov, Kamran Məmmədov, Endar Poladxanlı, Ramiz Quliyev, Hüseyn Məmmədov.
Komanda əvvəlki matçlarda Nimburk-u iki dəfə (65:93, 105:87), Alba-ya (76:85) və Elan Şalon-a (71:84, 87:89) qarşı oynayıb.



