Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviç amerikalı qrossmeyster Daniel Naroditskinin anımına xüsusi mükafatın təsis ediləcəyini bəyan edib. Bu addım şahmat dünyasının itirdiyi parlaq simaya hörmət əlaməti kimi qiymətləndirilir.
Dvorkoviç sosial media hesabında gənc şahmatçının qəfil ölümü ilə bağlı kədərini bölüşüb: “Dəhşətli, faciəli xəbərdir – mən hələ də hamımızın dünən eşitdiyimiz məlumata inana bilmirəm… Daniel (və o, hər zaman qəlbimizdə Danya olaraq qalacaq) təkcə parlaq qrossmeyster deyil, həm də şahmatın yorulmaz səfiri və hər şeydən əvvəl xeyirxah, mərhəmətli və həqiqətən yaxşı insan idi. Biz onu həmişə xatırlayacağıq. FIDE qrossmeyster Naroditskinin xatirəsinə və onun şahmat dünyasına verdiyi töhfəyə görə xüsusi mükafat təsis edəcək”. 2025-ci ildə ABŞ Şahmat Çempionatında sükut dəqiqəsi ilə anılan Naroditski 2007-ci ildə 12 yaşlılar arasında dünya çempionu olmuş, 2013-cü ildə qrossmeyster titulunu qazanmış və YouTube-da 480 min abunəçi toplayaraq şahmatı populyarlaşdırmışdır.
29 yaşlı məşhur şahmat izahçısı Daniel Naroditski 20 oktyabrda gözlənilmədən vəfat edib. Onun mirası gənc nəslə ilham mənbəyi olaraq qalacaq.