Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 dekabr tarixinə olan dünya reytinqini yeniləyib. Azərbaycanın aparıcı qrossmeysteri Şəhriyar Məmmədyarov 2730 xalla 14-cü pillədən 19-cu yera enərək mövqelərini zəiflədib. Onun yanında Levon Aronyan (ABŞ, 2729) və Le Kuang Liem (Vyetnam, 2731) qonşu pillələrdədir.
Azərbaycanın digər nümayəndələri dünya reytinqinin ilk 100-lüyündə belə yerləşib: Teymur Rəcəbov (2692 xal) – 37-ci, Rauf Məmmədov (2645) – 78-ci, Eltac Səfərli (2644) – 79-cu və Aydın Süleymanlı (2628) – 99-cu pillələrdə.
FIDE-nin ilk onluğu:
- Maqnus Karlsen (Norveç, 2840)
- Hikaru Nakamura (ABŞ, 2810)
- Fabiano Karuana (ABŞ, 2795)
- Vinsent Keymer (Almaniya, 2776)
- Arcun Eriqaisi (Hindistan, 2775)
- Alirza Firuzca (Fransa, 2762)
- Rameşbabu Praqqnanandha (Hindistan, 2761)
- Aniş Giri (Niderland, 2760)
- Vey İ (Çin, 2754)
- Dommaracu Qukeş (Hindistan, 2754, dünya çempionu)
Qadınlar reytinqində isə Ülviyyə Fətəliyeva 2434 xalla şəxsi rekordunu yeniləyərək 26-cı pilləyə qalxıb. Noyabrda 2420 xalla 33-cü yerdə olan şahmatçımız 14 xal əlavə edib. Azərbaycan qadın şahmatçılarının rekord sahibi Gülay Məmmədzadə analıq məzuniyyətində olduğundan 2390 xalla 54-cü pillədədir (2022-ci ildə 2483 xalla 18-ci olub). Digərləri: Gülhər Beydullayeva (2364) – 77-ci, Xanım Balacayeva (2351) – 92-ci.



