FIFA 2025-ci ildə keçiriləcək Klub Dünya Çempionatı üçün rekord həcmdə – 1 milyard ABŞ dolları məbləğində mükafat fondu ayırdığını açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti rəsmi məlumat yayıb.
Turnirin qalibi 125 milyon dollar pul mükafatı qazanacaq. Bundan əlavə, FIFA sponsorluq razılaşmalarından əlavə 250 milyon dollar cəlb etməyi planlaşdırır və bu vəsait yarışda iştirak edəcək klublar arasında bölüşdürüləcək.
2025-ci ildə ABŞ-da keçiriləcək bu turnir ilk dəfə 32 komandanın iştirakı ilə genişləndirilmiş formatda baş tutacaq. Yarış 15 iyun – 13 iyul tarixlərini əhatə edəcək. Final oyunu Nyu-Cersidəki “MetLife Stadium”da oynanılacaq.
Qeyd olunmalıdır ki, möhtəşəm mükafatlara baxmayaraq, bəzi klubların turnirdə iştirakdan imtina edə biləcəyi ehtimalı var. Bu səbəbdən FIFA iştirakdan yayınan klublara cərimə tətbiq ediləcəyini bildirməklə xəbərdarlıq edib.