More

    “Florida Panthers” ardıcıl ikinci dəfə Stenli Kubokunu qazandı

    “Florida Panthers” komandası tarixində ikinci dəfə və ardıcıl olaraq ikinci mövsümdə NHL-in əsas mükafatı olan Stenli Kubokunun sahibi oldu. Pol Morisin rəhbərlik etdiyi komanda öz meydanında “Edmonton Oilers”i 5:1 hesabı ilə məğlub edərək final seriyasını 4:2 hesabı ilə yekunlaşdırdı.

    Qələbə oyununun əsas qəhrəmanı hücumçu Səm Raynhart oldu – o, dörd qol vuraraq matçın ən yadda qalan simasına çevrildi. “Oilers”in təsəlli qolunu isə Vasili Podkolzin vurdu. Bu qol Sergey Bobrovskiyə “quru oyun” keçirməyə imkan vermədi, lakin onun ümumi performansı yüksək qiymətləndirildi.

    Pley-off mərhələsinin yekunlarına əsasən, ən dəyərli oyunçu (MVP) adına “Florida”nın hücumçusu Səm Bennet layiq görüldü. O, 15 qol vuraraq həm də pley-offun ən məhsuldar oyunçusu oldu. Qapıçı Sergey Bobrovski də “Konn Smait” mükafatına əsas namizədlər arasında idi, lakin səsvermədə geri qaldı.

    Bu qələbə “Florida Panthers”in NHL-də dominant mövqeyini bir daha təsdiqlədi və komandanın son illərdə qurduğu sistemin uğurunu göstərdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni