More

    Formula-1 Azərbaycan Qran-Prisi 2025-ci ildə 19 sentyabrda başlayacaq

    2025 Formula-1 mövsümünün təqvimi rəsmi olaraq elan edildi. Mövsüm ümumilikdə 24 mərhələdən ibarət olacaq və Azərbaycan Qran-Prisi bu təqvimin 17-ci mərhələsi olacaq. Yarışlar 19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək.

    Təqvim:

    1. Melburn (Avstraliya) – 14-16 mart
    2. Şanxay (Çin) – 21-23 mart
    3. Sudzuka (Yaponiya) – 4-6 aprel
    4. Saxir (Bəhreyn) – 11-13 aprel
    5. Ciddə (Səudiyyə Ərəbistanı) – 18-20 aprel
    6. Mayami (ABŞ) – 2-4 may
    7. İmola (İtaliya) – 16-18 may
    8. Monako (Monako) – 23-25 may
    9. Barselona (İspaniya) – 30 may-1 iyun
    10. Monreal (Kanada) – 13-15 iyun
    11. Şpilberq (Avstriya) – 27-29 iyun
    12. Silverstoun (Böyük Britaniya) – 4-6 iyul
    13. Spa-Frankorşam (Belçika) – 25-27 iyul
    14. Budapeşt (Macarıstan) – 1-3 avqust
    15. Zandvort (Niderland) – 29-31 avqust
    16. Monza (İtaliya) – 5-7 sentyabr
    17. Bakı (Azərbaycan) – 19-21 sentyabr
    18. Sinqapur (Sinqapur) – 3-5 oktyabr
    19. Ostin (ABŞ) – 17-19 oktyabr
    20. Meksiko (Meksika) – 24-26 oktyabr
    21. San-Paulu (Braziliya) – 7-9 noyabr
    22. Las-Veqas (ABŞ) – 20-22 noyabr
    23. Lusail (Qətər) – 28-30 noyabr
    24. Yas Marina (Əbu-Dabi, BƏƏ) – 5-7 dekabr

    Azərbaycan Qran-Prisi ilə bağlı gözləntilər Bakı şəhər halqası hər il Formula-1 azarkeşlərinə dramatik anlar yaşadıb. 2025-ci ildə də bu ənənənin davam edəcəyi gözlənilir. Yarış yalnız ölkəmizin deyil, bütün regionun beynəlxalq arenada tanıdılmasına böyük töhfə verir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni