More

    Formula-1: Azərbaycan Qran-prisi ABŞ-da tamaşaçı rekorduna imza atdı

    Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025” ABŞ-da televiziya yayımı tarixində rekord tamaşaçı sayı ilə yadda qalıb. Xəbərinə görə, “Formula-1” yarışlarının ABŞ-dakı yayım hüquqlarına malik ESPN telekanalı sentyabrın 21-də keçirilən əsas yarışın canlı yayımını təxminən 1,1 milyon tamaşaçı ilə izləyib. Bu, Azərbaycan Qran-prisinin Amerika bazarında indiyədək ən yüksək izləyici göstəricisidir.

    Qeyd olunub ki, yarış ABŞ vaxtı ilə səhər saatlarında təşkil edilsə də, tamaşaçı marağı əvvəlki illərdə qeydə alınan rəqəmləri geridə qoyub. Ötən rekord 2021-ci ildə 970 min, 2024-cü ildə isə 865 min tamaşaçı ilə ölçülmüşdü.

    2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında yayımlanan bütün “Formula-1” yarışlarının orta tamaşaçı auditoriyası isə 1,4 milyona çatıb. Bu da ABŞ televiziya tarixində ən yüksək yayım göstəricisidir. Əvvəlki rekord isə 2022-ci ildə 1,21 milyon tamaşaçı ilə müəyyən olunmuşdu.

    Yarışda “Red Bull”un pilotu Maks Ferstappenin qalib gəlməsi də dünya mediasında geniş əks-səda doğurub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni