“Formula 1” çempionu Censon Batton peşəkar karyerasını başa vurmaq qərarına gəlib

45 yaşlı “Formula 1” dünya çempionu Censon Batton gələcək karyerasında yeni mərhələyə adlamağa hazırlaşır. Yarışın rəsmi saytına istinadən xəbər verilir ki, pilot Bəhreyndə keçiriləcək 8 saatlıq yarış onun peşəkar idman həyatının sonuncu mübarizəsi olacaq.

C.Batton eyni zamanda vurğulayıb ki, növbəti mövsümdən Dünya Davamlılıq Çempionatında (WEC) iştirak etməyəcək. İngiltərəli sürücü 2000-ci ildə “Uilyams” komandasında “Formula 1″ə start verib və 2009-cu ildə “Braun GP” ilə qızıl medala sahib olub. 2016-cı ildə “Formula 1″dən ayrılan Batton o zamandan bəri müxtəlif digər yarışlarda iştirak edib.

O, son yarışının özünə və idmansevərlərə dəyərli xatirə olacağını ifadə edib və rəqiblərinə və azarkeşlərinə təşəkkürünü bildirib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni