Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1-in 2025-ci il mövsümü üçün dünya çempionatına daxil olan Qran Pri yarışlarının start vaxtlarını açıqlayıb.
Bakı şəhər halqasında baş tutacaq Azərbaycan Qran Prisi mövsümün 17-ci mərhələsi olacaq və 19-21 sentyabr tarixlərində keçiriləcək. Üç günlük yarış proqramına cümə günü iki sərbəst yürüş sessiyası, şənbə günü üçüncü yürüş və təsnifat mərhələsi, bazar günü isə əsas yarış daxildir.
FIA-nın təsdiqlədiyi cədvələ əsasən, cümə günü ilk sərbəst yürüş saat 12:30-da, ikinci isə 16:00-da başlayacaq. Şənbə günü proqram eyni qaydada davam edəcək: üçüncü sərbəst yürüş 12:30-da, təsnifat mərhələsi isə 16:00-da start götürəcək.
Formula 1 həvəskarlarının ən çox gözlədiyi əsas yarış – Azərbaycan Qran Prisi bazar günü saat 15:00-da başlayacaq.
Azərbaycan Qran Prisi 2025 üçün yarış cədvəli (Bakı vaxtı ilə):
- 1-ci sərbəst yürüş: 12:30 – 13:30
- 2-ci sərbəst yürüş: 16:00 – 17:00
- 3-cü sərbəst yürüş: 12:30 – 13:30
- Təsnifat mərhələsi: 16:00 – 17:00
- Əsas yarış: 15:00 – 17:00