Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula 1” təşkilatçıları 2026-cı il mövsümünün rəsmi yarış təqvimini açıqlayıblar. Sport-az.com-un məlumatına görə, bu, dünya çempionatının tarixində 76-cı mövsüm olacaq və 24 mərhələdən ibarət olacaq.
Sezon Avstraliyada başlayacaq, Əbu-Dabidə başa çatacaq
Yeni mövsüm 8 martda Avstraliyanın Melburn şəhərində start götürəcək və 6 dekabrda Əbu-Dabidə başa çatacaq. Keçən illə müqayisədə bir neçə dəyişiklik nəzərə çarpır – İmola təqvimdən çıxarılıb və onun yerini Madrid mərhələsi tutub.
Bundan başqa, Monako Qran-prisi iyunun əvvəlində keçiriləcək, Kanada yarışı isə “İndianapolis 500” ilə eyni vaxta düşəcək.
Bakı mərhələsi sentyabrın sonunda olacaq
Azərbaycanda ən çox gözlənilən yarışlardan biri olan Bakı Qran-prisi 2026-cı ildə 25-27 sentyabr tarixlərində baş tutacaq. Paytaxtımız növbəti dəfə dünya ulduzlarını qəbul edəcək və şəhər trasında sürət dolu bir həftə sonuna ev sahibliyi edəcək.
“Formula 1” – 2026 mövsümünün tam təqvimi:
- 6-8 mart – Avstraliya, Melburn
- 13-15 mart – Çin, Şanxay
- 27-29 mart – Yaponiya, Suzuka
- 10-12 aprel – Bəhreyn, Sakhir
- 17-19 aprel – Səudiyyə Ərəbistanı, Ciddə
- 1-3 may – ABŞ, Mayami
- 22-24 may – Kanada, Monreal
- 5-7 iyun – Monako
- 12-14 iyun – İspaniya, Barselona
- 26-28 iyun – Avstriya, Şpilberq
- 3-5 iyul – Böyük Britaniya, Silverstoun
- 17-19 iyul – Belçika, Spa
- 24-26 iyul – Macarıstan, Budapeşt
- 21-23 avqust – Niderland, Zandvort
- 4-6 sentyabr – İtaliya, Monza
- 11-13 sentyabr – İspaniya, Madrid
- 25-27 sentyabr – Azərbaycan, Bakı
- 9-11 oktyabr – Sinqapur
- 23-25 oktyabr – ABŞ, Ostin
- 30 oktyabr – 1 noyabr – Meksika, Mexiko
- 6-8 noyabr – Braziliya, San-Paulu
- 19-21 noyabr – ABŞ, Las Veqas
- 27-29 noyabr – Qatar, Lusail
- 4-6 dekabr – Əbu-Dabi, Yas Marina