Azərbaycanlı referi Alik Yunusov Gənclər və İdman Nazirliyi tərəfindən idman ustası adına layiq görülüb.
Sport-az.comun xəbərinə görə, uzun illər Azərbaycan futboluna töhfə verən və hazırda hakim kimi fəaliyyət göstərən Alik Yunusovun xidmətləri yüksək qiymətləndirilib.
Qeyd edək ki, o, vaxtilə futbolçu kimi müxtəlif klublarda çıxış edib və daha sonra karyerasını hakimlik sahəsində davam etdirib. Qusarlı referi indiyə qədər Premyer Liqa və I Liqa matçlarında ədaləti qoruyub.



