Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qapıçının topu əllərində saxlaması ilə bağlı yeni qayda tətbiq etməyə qərar verib.
Sport-Az xəbər verir ki, təşkilatın mətbuat xidməti bu dəyişikliklərin 2025/26 mövsümündən etibarən qüvvəyə minəcəyini açıqlayıb. Yeni qayda əvvəlcədən sınaqdan keçirilib və uğurlu nəticələr verib.
Yeniliyə əsasən, “səkkiz saniyə qaydası” tətbiq olunacaq. Əgər qapıçı topu əlində səkkiz saniyədən artıq saxlayarsa, rəqib komandanın xeyrinə künc zərbəsi (korner) təyin ediləcək. Qeyd edək ki, əvvəlki “altı saniyə qaydası”na əsasən, bu halda rəqibə sərbəst zərbə verilir. Yeni qaydanın əsas məqsədi oyun vaxtının lüzumsuz uzadılmasının qarşısını almaqdır.