Qlobal bukmeker şirkəti 1xBet 24 fevral tarixində baş tutacaq Türkiyə Superliqasının mövsümün mərkəzi matçını təqdim edir.
Ardıcıl üçüncü titula doğru
Galatasaray son iki mövsümdə çempionluğu qazanıb və növbəti triumfa yaxınlaşır. Okan Burukun komandası ikinci yerdə olan Fənərbağçanı 6 xal qabaqlayır və birbaşa dueldə qızıl medallara doğru vacib addım ata bilər.
Qış transfer pəncərəsində “Şirlər” ulduz hücum xəttini gücləndirərək Milan klubundan Alvaro Moratanı icarəyə götürdü. İspaniyalı hücumçu 4 matçda 2 qol vurdu, lakin zədə aldı və Fənərbağçaya qarşı oyunu buraxacaq. Bununla belə, digər ulduz forvard Victor Osimhen əla formadadır – son turda o, Rizespora 2 qol vuraraq komandası üçün qələbəni təmin etdi.
Galatasaray, ardıcıl 3 dəfə Türkiyə çempionu olmağı bacaran sonuncu klubdur. «Şirlər» ölkənin ən yaxşı komandası statusunu təsdiqləyərək 25 il əvvəlki nailiyyəti təkrarlaya biləcəkmi?
Hər şeyi dəyişmək şansı
Fənərbağça ötən mövsümdə 99 xal topladı, lakin bu inanılmaz göstərici belə çempionluq üçün yetərli olmadı. «Sarı kanaryalar» artıq 10 ildən çoxdur ki, qızıl medalların xəyalını qurur və bu məqsədə çatmaq üçün əfsanəvi José Mourinhonu dəvət edib. Portuqaliyalı mütəxəssis Galatasaraya qarşı ilk derbisini 1:3 hesabı ilə uduzub. «Şirlər»in mətbuat xidməti The Special One`un məğlubiyyətini ələ salaraq, Mourinyo haqqında guya mövcud olmayan The Crying One adlı kitabın şəklini paylaşdı. Ola bilsin ki, portuqaliyalı karyerasının əvvəlindəki qədər güclü deyil, lakin belə hörmətsizliyi bağışlamaq fikrində olmadığı dəqiqdir.
Qələbə halında Fənərbağça Galatasarayla xal fərqini 3`ə endirəcək və çempionatda intriqanı zirvəyə çatdıracaq. «Sarı kanaryalar» Türkiyə Superliqasında son 7 matçını qazanıb və əla formadadır. Həmçinin, José Mourinho`nun komandası liqanın ən güclü hücum xəttinə sahibdir – təkcə Youssef En-Nesyri, Edin Dzeko və Dusan Tadic birlikdə 53 qol epizodunda iştirak ediblər.
Ötən mövsümdə Fənərbağça Qalatasarayı sonuncudan əvvəlki turda məğlub etdi, lakin bu, çempionluq yarışının yekun nəticəsinə təsir etmədi. Cari mövsümdə isə Rams Park`dakı derbi qızıl medalların taleyini müəyyən edə bilər. José Mourinho`nun komandası hazırkı çempionu dayandıra biləcəkmi?
Nəyi gözləmək olar
1xBet ekspertləri Galatasarayı favorit hesab edir: Okan Burukun komandasına mərc etmək üçün əmsal 2.242, Fənərbağçanın qələbəsinə isə 3`dür. Heç-heçə üçün dəqiq proqnoz mərcini 4.05 dəfə artıracaq.
Türkiyə Superliqasının mövsümün əsas matçında öz favoritinizi seçin və futbolun həyəcanını 1xBet ilə yaşayın!



