Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq. Sport-az.com xəbər verir ki, festival ölkənin ikinci böyük şəhəri Gəncədə baş tutacaq.
Ümumi mükafat fondu 41.200 AZN (24.235 USD) olan festival A və B qruplarında keçiriləcək. Həmçinin rapid və blits üzrə turnirlərin təşkili də nəzərdə tutulub.
- A qrupu: Reytinqi 2000 və yuxarı olan şahmatçılar.
- B qrupu: Reytinqi 1999 və aşağı olan şahmatçılar.
- Rapid və blits turnirləri: Reytinq məhdudiyyəti yoxdur.
Qeyd edək ki, Gəncə Open “Azərbaycan Şahmat Turu” layihəsində yeddinci açıq tipli yarış olacaq və Baku Opendən sonra ən böyük mükafat fonduna sahib festival sayılır.



