Bu gün Gəncədə ilk dəfə gənclər və 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatının sona çatır. Yarışma Gəncə İdman Sarayında aparılır və üçüncü gün final yarışları ilə davam edir.
Gimnastlar qarışıq cütlük, fərdi çıxış, üçlük, qrup və aerodans proqramları üzrə mübarizə aparırlar. Ötən gün komanda hesabında qaliblər müəyyənləşib: gənclər kateqoriyasında birincilik İspaniya, ikinci yer İtaliya, üçüncülük isə Rumıniyaya məxsusdur. 15 yaşadək idmançılar arasında isə Macarıstan birinci, Ukrayna ikinci, Litva üçüncü olub.
Yarışda Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycan olmaqla ümumilikdə 380 gimnast iştirak edir.



