Gimnastlarımız Dünya Oyunlarında üç medal qazanıblar

Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında Azərbaycan gimnastları tamblinq, akrobatika və aerobika gimnastikası növlərində üç medal qazanıblar.

Sport-az.com federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, akrobatika gimnastikası üzrə kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraq gümüş medal qazanıblar.

Tamblinq üzrə Azərbaycan təmsilçisi Tofiq Əliyev çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb. Aerobika gimnastikası üzrə dünya çempionları Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.750 xal toplayaraq gümüş medalın sahibi olublar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni