Tanınmış rusiyalı MMA döyüşçüləri Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək məqsədilə Azərbaycana gəliblər.
Sport-az.com-un xəbərinə görə, bu barədə məlumatı “MMA Azərbaycan” yayıb.
Həbib Nurməhəmmədov UFC-nin yüngül çəkidə sabiq dünya çempionudur. 2021-ci ildə peşəkar karyerasını başa vuran idmançı 29 döyüşünün hamısında qələbə qazanaraq rinqi məğlubedilməz şəkildə tərk edib.
İslam Maxaçev isə hazırda aktiv karyerasını davam etdirən döyüşçüdür və o da yüngül çəkidə UFC-nin sabiq çempionu kimi tanınır. İndiyədək keçirdiyi 28 döyüşdən 27-ni qalibiyyətlə başa vurub.
Qeyd edək ki, UFC-nin iyunun 21-də Bakıda keçiriləcək turnirində Azərbaycanı Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.