Keçmiş “Real Madrid” və “PSJ” futbolçusu Hese Rodriqes məşhur YouTube bloqeri Mowlihawk-a verdiyi müsahibədə karyerasındakı ən çətin dövrdən danışıb.
“PSJ”-dəki dövr və çətinliklər Hese Rodriqes bildirib ki, “Real Madrid”də qalmaq şansı olsa da, Paris klubunun təklifinə üstünlük verib: “Mən Madridlə vidalaşmaq istəmirdim, amma “PSJ” variantı qarşıma çıxdı. Düşünürdüm ki, Parisdə daha çox oynama şansı qazanacağam. O vaxt Unai Emeri orada baş məşqçi idi və məni dəvət etdi. Lakin mən “PSJ”-yə keçəndən sonra apendisit səbəbindən iki ay yaşıl meydanlardan uzaq qaldım. Yanvarda isə klub məndən ayrılmağımı istədi.”
Prezidentlə bağlı sərt açıqlamalar Rodriqes “PSJ” prezidenti Nasser Əl-Xelaifiyə sərt tənqidlər ünvanlayıb: “Prezident məni şəxsən görmək belə istəmədi. Hətta zarafatla deyə bilərəm ki, bəlkə də həyat yoldaşımı məndən daha çox bəyənirdi. Klub mənə heç bir izahat vermədi və bu, çox məyusedici idi.”
“Real Madrid”i təkrar dəyərləndirmə Hese “Real Madrid”i dünyanın ən yaxşı klubu adlandırıb: “Madrid bütün aspektlərdə liderdir. “PSJ” isə sadəcə bir milyarderin oyuncaq kimi istifadə etdiyi bir klubdur.”
Uzun futbol karyerası Hazırda Malayziyanın “Johor DT” klubunda çıxış edən Hese, karyerası ərzində “Real Madrid”, “PSJ”, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq Lissabon”, “Ankaragücü”, “Sampdoriya” və “Kuritiba” kimi klublarda oynayıb. İki il əvvəl isə həyat yoldaşı Aura Ruis ilə ailə həyatı qurub.



