Azərbaycan I Liqasında XXI turun oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib və hər iki matç qollu nəticələrlə yadda qalıb.
Buzovna qəsəbə stadionunda baş tutan Bakı derbisində “Baku Sportinq” üstün oyun nümayiş etdirərək MOİK üzərində 3:1 hesablı qələbə qazanıb. Oyunda həlledici məqamlar penaltilərlə bağlı olub – P.Alveş iki dəfə dəqiq zərbə ilə fərqlənərək komandasının əsas qəhrəmanına çevrilib.
Şamaxıda keçirilən qarşılaşma daha gərgin keçib. “Cəbrayıl” son dəqiqələrdə vurulan qolla 3:2 hesablı qələbə qazanaraq vacib üç xalı aktivinə yazdırıb. Görüş boyu tərəflər qarşılıqlı hücumlarla yadda qalıb.
Azərbaycan I Liqası
XXI tur
8 aprel:
“Baku Sportinq” – MOİK 3:1
- Qollar: P.Alveş, 12-pen, 45-pen. İ.Allahverdiyev – S.Fərəcov, 90+2.
- Hakimlər: Alik Yunusov, Aydın Bəxşiyev, Məmmədəli Kərimov, Nazim Abdullayev.
- Hakim-inspektor: İmanxan Sultani.
- AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
- Buzovna. Qəsəbə stadionu, 15:30
“Cəbrayıl” – “Zaqatala” 3:2
- Qollar: S.Hüseynli, 14. A.Eli, 51. D.Açimi, 87 – R.Həsənov, 50-öz qapısına. R.İsmayılov.
- Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Niyaz Əhmədov.
- Hakim-inspektor: Munis Abdullayev.
- AFFA nümayəndəsi: Eldar Məmmədov.
- Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30



