Azərbaycan I Liqasında XV turun oyunlarına start verilib. Turun açılış günündə iki qarşılaşma keçirilib.
Şamaxıda baş tutan görüşdə “Cəbrayıl” “Baku Sportinq”i qəbul edib. Matç qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə İ.Allahverdiyev açıb, 34-cü dəqiqədə E.Abdullayev fərqi artırıb.
Meydan sahiblərinin yeganə qolu isə 56-cı dəqiqədə H.Hüseyn tərəfindən vurulub. Bu nəticə sayəsində paytaxt klubu liderlə xallarını bərabərləşdirərək şərikli birinci pilləyə yüksəlib.
Binədə keçirilən digər oyunda MOİK “Səbail”i qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə “hərbçilər”in xeyrinə başa çatıb. Yeganə qolu 33-cü dəqiqədə B.Soltanov vurub. Beləliklə, “Səbail” növbəti dəfə xal itkisi ilə üzləşərək çempionluq mübarizəsində mövqeyini zəiflədib.
Qeyd edək ki, XV turun digər oyunları – “Şəfa” – “Mingəçevir”, “Zaqatala” – “Difai” və “Şimal” – “Şahdağ Qusar” görüşləri sabah keçiriləcək.
Azərbaycan I Liqası, XV tur, 18 fevral:
- “Cəbrayıl” – “Baku Sportinq” 1:2
Qollar: H.Hüseyn, 56 – İ.Allahverdiyev, 22. E.Abdullayev, 34. - MOİK – “Səbail” 1:0
Qol: B.Soltanov, 33.



