I Liqa: turun son oyununda “Cəbrayıl” qələbə qazandı

Azərbaycan I Liqasında XVIII turun oyunları başa çatıb. Turun son qarşılaşması “Cəbrayıl” və “Zaqatala” komandaları arasında keçirilib.

Şamaxıda baş tutan oyunda Cavid Hüseynovun rəhbərlik etdiyi “Cəbrayıl” minimal hesablı qələbə qazanıb. Matçın taleyini 80-ci dəqiqədə vurulan qol həll edib. D.Açimi rəqib qapısından keçirdiyi top sayəsində komandasına üç xal qazandırıb.

Turun əvvəlki oyunlarında isə “Şəfa” “Şimal”ı 2:0 hesabı ilə məğlub edib, “Səbail” “Mingəçevir” üzərində 1:0 hesablı qələbə qazanıb, “Baku Sportinq” “Difai”ni 3:1 hesabı ilə üstələyib, “Şahdağ Qusar” – MOİK qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan I Liqası, XVIII tur, 13 mart:

“Cəbrayıl” – “Zaqatala” 1:0

Qol: D.Açimi, 80.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni